Ru
16:20 / 16 Noyabr 2026

Bakıda "Kişmiş" restoranındakı yanğın söndürüldü - VİDEO

Eye

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


***

16:07

Paytaxtın Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın səbəbindən bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.


Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.


"Prospekt ilə Əcəmi Naxçivani küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.


***

15:32

Bakıda, Atatürk prospektində yerləşən “Kişmiş” restoranında yanğın baş verib.


"Bakupost"un redaksiyasına hadisə yerindən görüntülər daxil olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar