Ru
10:50 / 05 May 2022

Küçədə qadına şillə vuran Əhmədə hökm oxundu - VİDEO

Küçədə qadına şillə vuran Əhmədə hökm oxundu -  VİDEO
Eye

Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynova hökm oxunub və o, 6 ay müddətinə azadlıqdfan məhrum edilib.


Bakupost.az xəbər verir ki, “Report”un məlumatın görə, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçiirlən prosedə elan olunub.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bir neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar