Ru
09:38 / 10 Mart 2023

Bakıda qadın gecə klubunda bıçaqlandı

Bakıda qadın gecə klubunda bıçaqlandı
Eye

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.


Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar