Ru
22:55 / 18 Mart 2023

Bakıda qadınlara hüquqi və psixoloji yardım göstərilib- FOTO

1751

"Qadına Dəstək Mərkəzi" Zığ qəsəbəsində qadınlara hüquqi və psixoloji yardım göstərib



"Səhiyyə və Sağlam Həyat İctimai Birliyi "Sağlam Gələcək Naminə" QHT Koalisiyasi ilə birgə Azərbaycan Respublikasi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2023-cü ildə "Sağlam Qadın Sağlam Cəmiyyətin Təməlidir" layihəsi çərçivəsində yaratdığı "Qadına Dəstək Mərkəzi"nin qadınlarla növbəti görüşünü Zığ Qəsəbə Mədəniyyət evində keçirib.


Görüşdə vəkil Səadət Abdullazədi xanımlara hüquqi, psixoloq Günay Qasımova isə psixoloji yardım göstəriblər.

"Sağlam Gələcəyi Naminə" QHT Koalisiyasının sədri Nərminə Qəribova müraciət edən xanimları dəyirmi masa ətrafına toplayaraq "Qadına Dəstək Mərkəzi"nin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb.


İştirakçılarla qarşılıqlı müzakirə şəklində məişət zorakılıgı və vəziyyətdən çıxış yolları haqqında ətraflı məlumat verilib.

Xanımlara daha rahat mühitin yaradılmasi məqsədi ilə müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.

Bakıda qadınlara hüquqi və psixoloji yardım göstərilib- FOTO
Bakıda qadınlara hüquqi və psixoloji yardım göstərilib- FOTO
Bakıda qadınlara hüquqi və psixoloji yardım göstərilib- FOTO
Bakıda qadınlara hüquqi və psixoloji yardım göstərilib- FOTO
Şərhlər
  • t.ədalət

    Qadınlara zorakılıq yalnız əxlaq pozuntusu zamanı baş verir."Məişət zorakılığı" deyilən bir şey yoxdur.Təəssüflər olsun ki, "psixoloqlar" heç vaxt qadınlara şərəf gətirən əxlaqi keüyfiyyətlərdən bəhs etmirlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər