Ru
16:28 / 07 İyun 2022

Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”

Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Eye

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.



Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.



Bakupost.az xəbər verir ki, Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.



Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi laqeyd münasibəti bu dəfə də qorumağı bacarıb.



Qanunsuz parklanma barədə sualları dinləmədən kobud cavab verən Xalq artisti, “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun", - deyib və telefonun dəstəyini asıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar