Ru
00:08 / 30 Sentyabr 2022

Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi

1926
Sentyabrın 1-dən mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq nazirlik yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən operativ monitorinqlər davam edir.



Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, monitorinqlər nəticəsində bu günə qədər 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib:



"Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib.



Bir daha bildirmək istəyirik ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur.



Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcək. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaq. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaq".





Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Bakıda tarixi abidələrə qanunsuz müdaxilə edən obyekt sahiblərinə xəbərdarlıq edildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər