Bakıda yaşayış binasında yanğın başlayıb.
Bu barədə
Bakupost.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, Əcəmi Naxçivani küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.