Ru
22:16 / 06 May 2025

Rusiya ilə bağlı Aİ-nin qərarı: qaz və neft idxalını dayandıracaq

Rusiya ilə bağlı Aİ-nin qərarı: qaz və neft idxalını dayandıracaq
Eye

Avropa Komissiyası Rusiyadan enerji idxalının mərhələli şəkildə dayandırılmasına dair yol xəritəsini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, yol xəritəsinə əsasən, Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qaz və neft idxalını dayandıracaq.

Eyni zamanda, Rusiyadan əldə edilən nüvə enerjisindən də mərhələli şəkildə imtina ediləcək. Bununla da Rus enerjisindən asılılıq sona çatdırılacaq.

"Aİ enerji təchizatının təhlükəsiz şəkildə təmin olunması üçün tədbirlər görəcək. Komissiya Rusiyadan enerji idxalının mərhələli və koordinasiyalı şəkildə sona çatdırılması üçün üzv ölkələrlə əməkdaşlıq edəcək"- deyə məlumatda qeyd edilib.

Əlavə olaraq vurğulanıb ki, üzv dövlətlər bu ilin sonuna qədər Rusiyadan qaz, nüvə enerjisi və neft idxalını mərhələli şəkildə dayandırmağa dair milli planlar hazırlayacaqlar.

Rus tədarükçüləri ilə boru kəməri və maye təbii qaz (LNG) üzrə yeni müqavilələrin bağlanması qadağan ediləcək. Bütün mövcud spot bazar razılaşmaları isə 2025-ci ilin sonunda ləğv ediləcək. Beləliklə, Rusiyanın Aİ-yə qaz ixracı daha da azalacaq".

Aygün, Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar