Ru
22:58 / 24 Dekabr 2025

Xaçmazda itkin düşən şəxs qətlə yetirilibmiş...

Xaçmazda itkin düşən şəxs qətlə yetirilibmiş...
Eye

Xaçmazda iki il öncə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar