Ru
21:45 / 24 Dekabr 2025

"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanıldı

"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanıldı
Eye

İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində "Fənərbaxça" Futbol Klubunun prezidenti Sadettin Saran saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barərə İstanbul Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, Sadettin Saran, barəsində aparılan istintaq çərçivəsində əldə edilən əlavə sübutlara əsasən, ona aid edilən narkotik maddənin təmin edilməsi, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə cinayətləri ilə əlaqədar İstanbul Jandarmeriyası tərəfindən saxlanılıb.

"Fənərbaxça" klubu Saranın saxlanılması ilə bağlı açıqlama yayıb.Bildirilib ki, klubun prezidenti davam edən istintaq çərçivəsində bu axşam İstanbul Jandarmeriyası tərəfindən FK-nun ofisində saxlanılıb. Açıqlamada istintaqın davam etdiyi, prosesin hüquq dövləti prinsipləri çərçivəsində aparıldığı və klub fəaliyyətinin fasiləsiz davam edəcəyi qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar