Ülu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında lll minifutbol turniri keçirilib.
Bakupost.az xəbər verir ki, turnirdə 40 komanda iştirak edib.
Final oyunu Ədliyyə Nazirliyinin əməkdaşları ilə Qaçqınların və Məcburi Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları arasında baş tutub.
lll minifutbol turniri Ədliyyə Nazirliyinin 3:0 qalibiyyəti ilə yadda qalıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin komandası ötən il FHN komandasına 2:1 hesabı ilə qalib gəlmişdi.
Aygün, Bakupost.az