Ru
00:18 / 16 İyul 2025

Ermənistanın 4 trilyon dollarlıq sərvəti... – Sensasion iddia

Ermənistanın 4 trilyon dollarlıq sərvəti... – Sensasion iddia
Eye

Ara Nazarian yazır ki, Ermənistanın mineral sərvətlərinin dəyəri 4 trilyon dollardan artıqdır. Bu da balaca ölkə üçün ağlasığmaz göstəricidir.

Professor bildirir ki, ancaq bu sərvətlər Türkiyə və Azərbaycanın əlinə keçəcək. Hətta Ermənistan Türkiyənin bir vilayətinə dönəcək...

Ermənilər arasında əcaib-qəraib şeylər yazanlar çox olur. Ancaq Ermənistanda 4 trilyon dollarlıq mineral sərvət ehtiyatlarının olması fantaziyadan başqa bir şey deyil. Azərbaycan bütün dünyaya neft və qaz satır. Ümumi qazancımız bu illər ərzində heç 300 milyard dollara çatmayıb.

Bir də Ermənistanda o qədər sərvət olsaydı, Rusiya oradan çəkilərdimi? Hələ mən Amerikanı demirəm. Ukrayna ilə bağladığı müqavilədən birini də Ermənistanla yapardı...

Elbəyi Həsənli,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar