Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski barəsində cinayət işi açılıb.
Bakupost.az bildirir ki, ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
Onun oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.
Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.