Ru
17:15 / 16 İyul 2025

Arvadından üzr istəmədiyi üçün 1 500 manat cərimələndi

Arvadından üzr istəmədiyi üçün 1 500 manat cərimələndi
Eye

Bakıda kişi arvadına vurduğu bir şilləyə görə cərimələnib.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Sabunçu rayon sakini Elşad Məmmədov (soyad şərtidir) həyat yoldaşı ilə mütəmadi mübahisə edirmiş. İçki düşkünü olan Elşad hər dəfə evdə müəyyən mübahisələr yaradıb.

Bir müddət əvvəl Elşad yenidən evdə mübahisə edib və arvadını ona cavab qaytardığı üçün döyüb. Həyat yoldaşı isə bu barədə polisə məlumat verib.

Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə gedib.

Sabunçu rayon Məhkəməsində keçirilən porsesdə kişi həyat yoldaşından üzr istədiyi üçün cinayət işinə xitam verilib.

Amma mübahisə bununla yekunlaşmayıb. Bir neçə gün əvvəl Elşad yenidən sərxoş vəziyyətdə evə gələrək həyat yoldaşından yemək istəyib. Qadın ona yemək verməkdən imtina edib və yenidən cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elşad həyat yoldaşına bir şillə vurub evdən çıxıb.

Qadın bir gün gözləsə də, kişi ondan etdiyi hərəkətə görə üzr istəməyib. Yekunda o bu barədə polisə məlumat verib və fakta görə yenidən cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədova 1500 manat cərimə cəzası təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar