Ru
20:10 / 16 İyul 2025

ABŞ İsrailə çağırış etdi: Suriyaya hücumları dayandır! - KİV

ABŞ İsrailə çağırış etdi: Suriyaya hücumları dayandır! - KİV
Eye

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.

“İyulun 16-da Tramp administrasiyası yenidən İsrailə müraciət edib ki, Suriyaya zərbələri dayandırsınlar və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlasınlar”, - o “X” sosial şəbəkəsində yazıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İsrailin Suriyaya hücumlarından narahat olduğunu və hərbi əməliyyatların dayandırılmasını istədiklərini bəyan edib.

“Biz bütün tərəflərlə danışıqlar aparırıq. Biz hərbi əməliyyatların dayandırılmasını istəyirik”, - o əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar