Ru
16:27 / 16 İyul 2025

Marsda həyat var - Rusiya Elmlər Akademiyası

 Marsda həyat var - Rusiya Elmlər Akademiyası
Eye

"Marsda artıq həyat var, lakin burda söhbət yadplanetlilərdən getmir..."

Bakupost.az xəbər verir ki, buz sözləri Rusiya Elmlər Akademiyasının (RAN) akademiki, Astronomiya İnstitutunun elmi rəhbəri Boris Şustov “Komsomolskaya pravda” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, insan özü həyat formalarını Marsa aparıb.

“Günəş sistemindəki digər cisimlərin Yer mənşəli orqanizmlərlə birbaşa yoluxması ciddi problemdir. Əgər məndən ‘Marsda həyat varmı?’ deyə soruşsalar, həmişə cavab verirəm: artıq var. Çünki onu biz özümüz ora göndərmişik,” — deyə alim vurğulayıb və əlavə edib ki, kosmik aparatları tamamilə steril vəziyyətə gətirmək mümkün deyil.

Onun sözlərinə görə, mövcud texnoloji məhdudiyyətlərə görə, aparatların səthində orta hesabla hər kvadratmetrə 300 mikroorqanizm qalır. Daha aşağı səviyyəyə enmək üçün yüksək temperatur və ya güclü gamma-şüalanmadan istifadə tələb olunur ki, bu da cihazlara zərər verə bilər.

Bu arada amerikalı milyarder Elon Mask da Marsla bağlı mövqeyini bir daha açıqlayıb.

O hesab edir ki, insanlıq artıq Marsın fəthinə ciddi yanaşmalıdır:

"Beynəlxalq Kosmik Stansiyanı (NASA) “təqaüdə göndərmək” vaxtıdır".

Mask daha əvvəl deyibi ki, SpaceX şirkətinin əsas məqsədi Marsa eniş etməkdir.

O, əmindir ki, yaxın 20-30 ildə “Qırmızı planetdə” müstəqil bir sivilizasiya qurulacaq.

Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar