Ru
17:04 / 16 İyul 2025

Bakıda qadın güllələndi: klinika direktoru olan əri saxlanıldı - YENİLƏNİB

Bakıda qadın güllələndi: klinika direktoru olan əri saxlanıldı - YENİLƏNİB
Eye

Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, şübhəli şəxs qismində tutulan Vasif Kərimov "Referans" klinikasının Mərdəkan filialının direktorudur.


********
15:46
Bu gün paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qadın güllələnib.

Bakupost.az xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi 2 ünvanında qeydə alınıb.

Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Vasif Kərimov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, cütlüyün birgə nikahdan iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar