Ru
17:50 / 16 İyul 2025

40 manata görə qohumuna 5 bıçaq zərbəsi VURDU - Həbs OLUNMADI

40 manata görə qohumuna 5 bıçaq zərbəsi VURDU - Həbs OLUNMADI
Eye

Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəmə istintaqinin yekunlaşmağı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Arzuman Əsədov 4 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, Əsədov Arzuman İsmayıl oğlu ilə tanışı Əliyev Ramo Rövşən oğlu arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Əsədov Arzuman bıçaqla Ramo Əliyevin bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarətlər yetirib.

Fakta görə cinayət işi başlanıb, Arzuman Əsədov şübhəli şəxs qismində tutulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar