Suriyanın cənubundakı Əs-Suveyda şəhərində atəşkəs əldə olunub.
Bakupost.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Qeyd olunub ki, razılaşmaya əsasən, şəhərdə təhlükəsizlik postları qurulacaq və şəhər tam şəkildə dövlət nəzarətinə qaytarılacaq.
Xatırladaq ki, bir neçə gündür hökumət qüvvələri ilə yerli druzlar arasında qarşıdırmalar yaşanırdı.