Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentləri Co Bayden və Donald Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı fəaliyyətlərini müqayisə edib.
Bakupost.az xəbər verir ki, o, Newsmax-ın əməkdaşına müsahibəsində vurğuladığı ki, iki Amerika prezidentinin əsas fərqi onların Ukraynadakı müharibəni bitirməyə yanaşmasındadır.
Eyni zamanda, Ukrayna başçısı xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Bayden hərbi əməliyyatları dayandıra bilməyib.
"Ən əsası odur ki, mən heç kimi tənqid etmək istəmirəm. Bu müharibə zamanı bütün köməyə görə Amerikaya minnətdaram. Amerika bizi dəstəklədi və mən həmişə demişəm ki, biz Ağ Evə ikipartiyalı dəstəyə görə minnətdarıq", - prezident deyib.
"Lakin prezident Bayden bu müharibəni dayandıra bilmədi. Əminəm ki, prezident Tramp bunu edə biləcək. Düşünürəm ki, əsas fərq bu olacaq", - Ukrayna rəhbəri izah edib.
Zaur, BakuPost