Ru
16:30 / 16 İyul 2025

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman İMZALADI

İlham Əliyev ipoteka kreditləri ilə bağlı fərman İMZALADI
Eye

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə mənzil alan şəxslər üçün ipoteka kreditinin məbləği yaşayış sahəsinin qiymətinin 90 faizinə qədər müəyyən olunacaq.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 %-dən çox olmamalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar