Ru
19:56 / 18 Yanvar 2026

Azərbaycan yük təyyarələri Ermənistan səmasında... - Foto

Azərbaycan yük təyyarələri Ermənistan səmasında... - Foto
Eye

Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub.

Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu.

“Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu təsdiqləyib. Bildirilib ki, bu, ilk uçuş deyil: oxşar uçuşlar 2025-ci ildə çətin hava şəraiti səbəbindən baş verib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar