Ru
22:06 / 18 Yanvar 2026

Tramp geri çəkildi, bəs İran niyə “yumşalmadı”? - “Linkoln” gəlir

Tramp geri çəkildi, bəs İran niyə “yumşalmadı”? - “Linkoln” gəlir
Eye

14 yanvar tarixində bütün dünya ABŞ və İsrailin İrana qarşı kütləvi hava zərbələri endirəcəyini gözləyirdi. Lakin Trampın “İranda edam qərarlarının ləğv edilməsi səbəbindən zərbələrin olmayacağı” barədə açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi şok effekti yaratdı.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq kamran Cəfərov qeyd edib.

Onun fikrincə, İranın daxilində minlərlə günahsız insanın öldürülməsindən sonra cəmiyyət ABŞ-dan daha sərt və prinsipial addımlar gözlədiyi halda bu addımlar atılmadı:

“Məntiqi baxımdan Trampın geri addım atması İran rejiminə faktiki olaraq “yaşıl işıq” kimi görünür. Xarici hərbi təhdid “aradan qalxıb” və bu şəraitdə İran hakimiyyətinin ABŞ-ı, xüsusilə də Trampı açıq şəkildə hədəfə alması üçün heç bir rasional səbəb qalmamalıdır. Əksinə, Tehran ritorikanı yumşaltmalı, mövzunu gündəmdən çıxarmalı idi.

Lakin reallıq tamamilə fərqli oldu.

Əvvəlcə Tehran prokuroru açıq şəkildə Trampın bəyanatını təkzib edərək bildirdi ki, edam qərarlarının ləğvi ilə bağlı deyilənlər yalandır və heç bir edam dayandırılmayıb. Bu açıqlama faktiki olaraq Trampın arqumentlərini ictimai şəkildə etibarsızlaşdırdı.

Daha sonra, 17 yanvar tarixində İranın ali dini lideri Əli Xamenei daha sərt mövqe sərgilədi. O, çıxışında ABŞ prezidentini birbaşa ittiham edərək bəyan etdi: “Biz ABŞ prezidentini bu etirazları alovlandıran, İran xalqına qarşı itkilərə, dağıntılara və böhtanlara görə məsuliyyət daşıyan cinayətkar hesab edirik”.

İran rəsmilərinin, hətta ali dini liderinin bu həssas məqamda bu cür aqressiv ritorikası təəccüblü və məntiqsiz deyilmi?

Məsələ ondadır ki, Ağ Ev alovlu bəyanatları, sosial şəbəkələrdə pafoslu statusların paylaşılmasını dayandırıb, əvəzində isə səssiz olaraq “USS Abraham Linkoln” aviadaşıyıcısı Fars körfəzinə yaxınlaşır və ABŞ İranın ətrafında hərbi qüvvələrini sürətlə çoxaldır. Amma artıq səssiz”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar