İranın ali lideri Əli Xamenei etiraz aksiyalarında minlərlə insanın öldüyünü təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Xamenei sosial şəbəkə hesabında yazıb.
O, etirazlar zamanı 250 məscidin və 250-dən çox təhsil və elm mərkəzinin vandalizmə məruz qaldığını bildirib.
Xameneyi etirazlar zamanı “bir neçə min insanın” ölümündə ABŞ və İsraili günahlandırıb.
Bundan əlavə, İranın kəşfiyyat agentliyi iğtişaşların təşkilində iştirak edən 32 nəfərdən ibarət casus şəbəkəsinin aşkarlandığı açıqlayıb.
Asena,
BakuPost