Ru
19:31 / 18 Yanvar 2026

İran etirazçılara qarşı zəhərli kimyəvi maddə tətbiq edib?

İran etirazçılara qarşı zəhərli kimyəvi maddə tətbiq edib?
Eye

İran hakimiyyəti ölkənin müasir tarixində etirazların ən qanlı şəkildə yatırılması zamanı zəhərli kimyəvi maddələrdən istifadə etmiş ola bilər.

Bakupost.az xəbər verir ki, belə bir iddianı britaniyalı keçmiş millət vəkili Bill Rummel "etibarlı hesabata" istinadən irəli sürüb.

“İnsanlar etirazçılara qarşı hansısa zəhərli kimyəvi maddənin istifadə edildiyinə inanırlar və nəticədə bir neçə gün sonra bir neçə yaralı insan ölüb”, - deyə Rummel bildirib.

Bu arada, sosial mediada yayımlanan görüntülərdə İranın şərqindəki Səbzivar şəhərində təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün qeyri-ənənəvi vasitələrdən istifadə etdiyi göstərilir.

Görüntülərdə təhlükəli kimyəvi maddələrlə işləmək üçün nəzərdə tutulmuş qoruyucu kostyumlar və maskalar taxan insanların şəhər küçələrində xüsusi nəqliyyat vasitələri ilə hərəkət etdiyi göstərilir. Videoda həmçinin təhlükəli materiallar barədə xəbərdarlıq edən tünd haşiyəli sarı üçbucaqlı lövhə də görünür.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar