Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir və buna çalışır.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Biz avropalı həmkarlarımızla qərar gəldik ki, bu, bütün üzvlərin razılığını tələb edən çətin prosesdir. Ölkə müəyyən standartlara cavab verməlidir".
Paşinyanın sözlərinə görə, bu proses çərçivəsində Ermənistanda Avropa standartlarına uyğun islahatlar aparılır: "İki variant var: ölkə ya Aİ-yə qəbul olunur, ya da qəbul olunmur. Olmasa da, Ermənistan Avropa standartları səviyyəsinə yüksəlir".
Baş nazir Brüsselə son səfəri zamanı Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinin müzakirə edildiyini və bunu müsbət qiymətləndirdiyini bildirib.
Paşinyan ölkəsinin KTMT-dən çıxması məsələsinə də toxunub:
“Ermənistanın KTMT-dən çıxması bu qurumda üzvlüyünü dondurmasından daha çox ehtimal olunur”.
Zaur, BakuPost