Ru
16:10 / 16 İyul 2025

Kondisioneri olmayanların NƏZƏRİNƏ - Balqabaqdan istifadə edin -VİDEO

Kondisioneri olmayanların NƏZƏRİNƏ - Balqabaqdan istifadə edin -VİDEO
Eye

Şərqi Çində isti hava hökm sürür, bəzi ərazilərdə 40°C-dən yuxarı qalxır. İyunun sonundan etibarən ölkədəki 102 meteoroloji stansiya yeni tarixi rekordlara imza atan gündəlik maksimum göstəriciləri qeydə alıb.

Bakupost.az xəbər verir ki, çinlilər gecələr sərinləmək üçün ənənəvi vastəyə - "qış balqabağına" müraciət edirlər.

"Yahoo" yazır ki, ənənəvi Çin təbabəti mütəxəssisləri bu metodun öz elmi əsaslarının olduğunu söyləyirlər.

Yüksək su tərkibinə (95%-dən çox) və yaxşı istilik tutumuna malik olan bu tərəvəz bədən səthinin temperaturunu otaq temperaturundan 3-5°C aşağı saxlayaraq istiliyi effektiv şəkildə udmaq qabiliyyətinə malikdir.

Bununla belə, mütəxəssislər bu üsuldan "zəif" dalaq və mədəsi olan insanlar, eləcə də soyuğa dözə bilməyənlər, xüsusən yaşlılar, kiçik uşaqlar və hamilə qadınlar üçün istifadə edilməməsi barədə xəbərdarlıq edirlər.

Ayxan, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar