Ru
15:30 / 16 İyul 2025

“Melissa Park”la növbəti qarşıdurma: Polis hərəkətə keçdi - VİDEO+YENİLƏNİB

“Melissa Park”la növbəti qarşıdurma: Polis hərəkətə keçdi - VİDEO+YENİLƏNİB
Eye

Bir müddət əvvəl Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında içərisində yaşayış olan evin bir hissəsini dağıtmaqla gündəmə gələn “Melissa Park” tikinti şirkəti daha bir narazılığa səbəb olub.

Bakupost.az xəbər verir ki, bu dəfə şirkət sakinlərin yolunu kəsib.

Bu barədə sakinlər redaksiyamıza görüntülər təqdim ediblər. Görüntülərdən, sakinlərin şirkətin nümayəndəsinə yolun bağlanması ilə əlaqədar şikayət etdiyi, müxtəlif suallar ünvanladığı aydın olur. Şirkətin nümayəndəsi ilə suallardan yayınır.

------
15:30

Mövzunu araşdırmaq üçün “Melissa Group” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Açıq mənbələrdə olan əlaqə nömrələri işlək deyildi. Telefona cavab verən satış şöbəsinin əməkdaşı isə bu barədə məlumatının olmadığını bildirdi.

Yaranan qarşıdurma ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumatı təsdiqlədi. Onun Bakupost.az -a bildirdiyinə görə, mübahisəyə səbəb olan ərazidə əvvəllər də qapı mövcud olub və kənardan əraziyə daxilolma üçün bağlı vəziyyətdə saxlanılıb.

“Sözügedən torpaq sahəsi müvafiq sərəncamlarla tikinti aparan şirkətə aiddir. Ərazinin əvvəlki ayrılma aktlarında həmin sahədən keçən hər hansı yol və ya ümumi istifadə zolağı qeydə alınmayıb.

Tikinti işləri başa çatdıqda sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə əvvəllər mövcud olmuş giriş bərpa edilərək bağlanacaq. Bu hissədə yeni piyada keçidinin təşkili nəzərdə tutulur.

Hazırda yaşayış kompleksinin Tbilisi prospekti və Həsən bəy Zərdabi küçəsi istiqamətində giriş-çıxışı təmin olunub. Abadlıq işləri tam başa çatdıqdan sonra Əbdülvahab Salamzadə küçəsinə də əlavə çıxış istifadəyə veriləcək.

Araşdırmalarla müəyyən olunub ki, şirkət tərəfindən heç bir vətəndaşın sərbəst hərəkəti məhdudlaşdırılmayıb. Əksinə, ərazidə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı nəzərə alınaraq yeni piyada keçidi və giriş-çıxış imkanları yaradılır.”



Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar