Ru
01:07 / 26 Yanvar 2026

Deputat faciəvi şəkildə həlak oldu - FOTO

Deputat faciəvi şəkildə həlak oldu - FOTO
Eye

Ukraynanın Lvov vilayətində ağır yol qəzası baş verib.


Bakupost.az xəbər verir ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Orest Salamaxa kvadrosikl idarə edərkən qarşı zolağa çıxıb. O, marşrut avtobusu ilə toqquşub.

Məlumata görə, qəza Lvov yaxınlığında qeydə alınıb. Deputat ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Orest Salamaxa aldığı travmalardan həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Deputat faciəvi şəkildə həlak oldu - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar