Ru
11:28 / 25 Yanvar 2026

Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən və yaralananlar var

Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən və yaralananlar var
Eye

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.


Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər - 2000-ci il təvəllüdlü V.Əsgərov vəfat edib. hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Xəsarət alanlar mikroavtobusun sərnişinləri 1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.


Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.

Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar