Ru
20:33 / 25 Yanvar 2026

İlham Əliyevin bu sözləri... - Saakaşvili xəbərdarlıq etdi

İlham Əliyevin bu sözləri... - Saakaşvili xəbərdarlıq etdi
Eye

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili ölkəsinin tranzit imkanlarının sıfırlanacağını iddia edib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bildirib.

Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandan keçən tranzit marşrutu ilə bağlı açıqlaması Gürcüstanın 1990-cı və 2000-ci illərdə əldə etdiyi hər şeyi sıfırlayacaq.

“Gürcüstan ağır geosiyasi çıxılmaz vəziyyətə düşüb və bu, yaxın gələcəkdə ya müstəqil dövlət kimi ləğv olunmağımızla, ya da mafiya başçısı İvanişvilinin caynağından qaçıb milli inkişaf yoluna yenidən başlamağımızla başa çatacaq", - Saakaşvili yazıb.

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasından sonra xüsusilə Orta Dəhlizin bu istiqamətdən istifadə edəcəyi bildirilir. Səbəb isə marşrutun daha qısa, həmçinin coğrafi baxımdan daha rahat olmasıdır.

Buna baxmayaraq, Gürcüstan hökuməti Zəngəzur dəhlizinin Gürcüstanın tranzit imkanlarını artırmayacağını, hər marşrutun öz üstünlükləri olduğunu vurğulayıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar