Ru
11:00 / 16 İyul 2025

Qadın ərini bıçaqladı - TƏFƏRRÜATI - YENİLƏNİB

Qadın ərini bıçaqladı - TƏFƏRRÜATI - YENİLƏNİB
Eye

Sabirabadda kişinin arvadı tərəfindən döyülməsinin detalları məlum olub.

DİN-in Mətbuat Xidmətindən Bakupost.az--a bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində nazirliyin “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

***

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Mirzə Mehman oğlu Musayev sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar