Ru
23:38 / 15 İyul 2025

Dilqəm Əsgərovun oğlu atasından üzr istədi, barışdılar

Dilqəm Əsgərovun oğlu atasından üzr istədi, barışdılar
Eye

Vaxtilə erməni əsirliyində olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında düşən mübahisə barışıqla bitib.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlama verən K.Əsgərov bildirib ki, atası ilə barışıb

"Bildiyiniz kimi atam Dilqəm Əsgərovla mənim aramda mübahisə olmuşdu. Əsəblərimi cilovlaya bilmədim və atam əleyhinə danışmışdım. Biz artıq barışmışıq. O mənim böyüyümdür. Mətbuat vaistəsi ilə atam Dilqəm Əsgərovdan üzr istəyirəm".

Qeyd edək ki, uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında bir müddət öncə mülkiyyət üstündə münaqişə baş vermişdi. K.Əsgərov atasının əsirlikdən qayıtdıqdan sonra atası ilə münasibətinin kəskinləşdiyini, hətta baltalı hücuma məruz qaldığını bildirmişdi. O, atasından Şəmkir Polis Şöbəsinə şikayət etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar