Ru
20:57 / 15 İyul 2025

Tramp klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu

Tramp klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu
Eye

ABŞ Prezidenti Donald Tramp futbol üzrə klublararası dünya çempionatının qızıl medalını özündə saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məlumata görə, Tramp qızıl medalı sadəcə cibinə qoyub və bunu FIFA prezidenti Canni İnfantinonun icazəsi ilə edib.

FIFA-nın qərarına əsasən, çempionatın orijinal kuboku da Ağ Evdə saxlanılacaq. Bu səbəbdən turnirin qalibi olan İngiltərənin "Çelsi" klubu yalnız kubokun surətini alıb.

Qeyd edək ki, final qarşılaşmasında "Çelsi" Fransa təmsilçisi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar