Ru
21:06 / 15 İyul 2025

Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni...

Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni...
Eye

Bu yaxınlarda müğənnilərdən birinə zəng edib nəvəmin toyuna dəvət etdim. O, "Narahat olmayın, gələrəm" demək əvəzinə, meneceri ilə danışmağı tövsiyə etdi. Halbuki mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları oxumaqla məşhurlaşıb. Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də. Beş mahnı oxuyan kimi elə bilirlər, əlçatmaz ulduz olublar: qiymətlərini qaldırırlar, davranışlarını dəyişirlər. Bu cür münasibət düzgün deyil.

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı toy biznesində qiymətlərin süni şəkildə artırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, ölkədə toy mərasimləri artıq insanların maddi imkanlarına mənfi təsir göstərir:

"Toyxana sahəsində bir mafiya yaranıb. Qiymətlər havada “uçur”. Hər stol üçün 150-200 manat tələb edirlər. Mən qiyməti 100 manat etmək istədim, amma qəbul etmədilər. Deyirlər ki, qiymət budur, dəyişmək olmaz. Qonaqlar nə qədər pul yazdırmalıdır ki, toy yiyəsi ağır xərcin altına girməyə məcbur qalmasın".

Xalq şairi qeyd edib ki, restoranlarda toy qiymətlərində ciddi islahatlar aparılmalıdır:

"Toylarımız bu gün ticarət meydanına çevrilib. Həm toy yiyəsi, həm də qonaq üçün vəziyyət çətindir. Burada cəmiyyət və dövlət olaraq bir mövqe ortaya qoymaq lazımdır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar