Ru
20:37 / 15 İyul 2025

Rusiya özünü quyuya saldı – Tramp dayanmayacaq...

Rusiya özünü quyuya saldı – Tramp dayanmayacaq...
Eye

Ən keçərli planlardan biri ikili şantajdır. Bu, Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur. Yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək deməkdir.

Bakupost.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli ABŞ lideri Donald Trampın Ukraynaya “Patriot” və digər silahların AB hesabına tədarükü haqda qərar verməsini şərh edərkən deyib.

O bildirib ki, Trampın belə bir siyasət tətbiq edəcəyini aylar öncə proqnozlaşdırmışdı:

“İkili şantaj”ın ilk ayağı Ukrayna oldu, Rusiyaya daha yumşaq davranmaqla, Kremlin müəyyən addımlar atacağını gözlədi – olmadı, indi Tramp (ABŞ) “ikili şantaj”ın növbəti mərhələsinə keçir, yaxın günlərdə, həftələrdə Rusiyaya təzyiqlər, sanksiyalar, dolayı-birbaşa məhdudiyyətlər kəskin artacaq.
Rusiyaya təzyiq müharibəni dayandıracaqmı – demək çətindir, amma Rusiya özü-özünü çox dərin quyuya, bataqlığa salıb, Ukraynada işğal etdikləri ərazilərin bərpasına 1,5 trilyon dollar lazım olacaq. Bundan başqa, Ukrayna ordusunun Rusiyanın beynəlxalq sənədlərlə tanınan ərazilərinə, hərbi obyektlərə, enerji infrastrukturuna vurduğu zərbələrin maddı ziyanı artıq 200 mlrd. dollara çatıb.
Çox güman, yaxın 2 ayda atəşkəs imzalana bilər, bu, müharibənin bitdiyi anlamına gəlməyəcək, amma münaqişənin “dondurulması” mümkündür.

Əslində, Qərbə “donmuş” münaqişə çox sərf edir – lazım olanda “buzu” əritmək, Rusiyaya təzyiqi artırmaq mümkün olacaq...”

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar