Ru
23:29 / 15 İyul 2025

Siqaretin söndürdüyü həyat: Ana balasının vəfat xəbərini eşidib öldü...

Siqaretin söndürdüyü həyat: Ana balasının vəfat xəbərini eşidib öldü...
Eye

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

Bakupost.az xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Belə ki, hadisə zamanı mənzildə iki uşaq olub. Onlardan biri - 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb.

Digər uşaq mənzildə olsa da (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar