Qərb sülh şərtlərini qəbul etməyənə qədər Rusiya Ukraynada döyüşləri dayandırmaq niyyətində deyil.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters Kremlə yaxın üç mənbəyə istinadən bildirib.
Agentlik qeyd edir ki, mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın 50 gün ərzində sülh əldə olunmasa, Rusiya mallarına 100% rüsum tətbiq etmək ultimatumu Moskvanın mövqeyini dəyişməyib.
Agentliyin həmsöhbətlərindən biri deyib: “Putin Trampla münasibətləri yüksək qiymətləndirir, lakin Rusiyanın maraqları daha vacibdir”.
Digər mənbələr isə bildiriblər ki, Qərbin təzyiqindən mümkün itkilərə baxmayaraq, “xüsusi əməliyyatın” məqsədləri Kreml üçün prioritet olaraq qalır.
Zaur, BakuPost