Ru
17:35 / 16 İyul 2025

İsrail Suriyanın Prezident Sarayını vurdu - VİDEO

İsrail  Suriyanın Prezident Sarayını vurdu - VİDEO
Eye

İsrail Müdafiə Qüvvələri (SAXAL) Suriya Prezident Sarayının yaxınlığına xəbərdaredici zərbə endirib.

Bakupost.az xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, hücum Baş Qərargah binasına edilən zərbə ilə eyni vaxtda baş verib.

Suriyanın "Ehtemlat" nəşrinin xəbərinə görə, Türkiyə Suriya Prezidenti Əhməd əl-Şaraadan Prezident Sarayını dərhal tərk etməyi tələb edib. Lakin o, bu tələbi yerinə yetirməkdən imtina edib.

Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 9 nəfərin yaralandığını bildirib.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar