Ru
09:47 / 16 İyul 2025

Boksçumuz erməniyə qalib gəlib çempion oldu

Boksçumuz erməniyə qalib gəlib çempion oldu
Eye

Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında erməni rəqibini məğlub edərək qızıl medala yiyələnib.

Bakupost.az xəbər verir ki, o, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib.

Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanlı (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar