Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Yaqublu QPS qolu qaz kəməri"nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən "Oğuz (Yaqublu)" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bununla əlaqədar Oğuz şəhərinin mərkəzi daxil olmaqla, rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.