Ru
00:17 / 26 Aprel 2022

Bakıda zəngin adamın qudurğanlığı: motosiklet sürücüsünü döydü - VİDEO

8006

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.



Bakupost.az xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.


Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.


Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:


“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.


Hadisə ilə bağlı motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov da münasibət bildirib.


O, Gununsesi.info -ya açıqlamasında bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:


“Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram. Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.


Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər