Ru
09:38 / 08 İyun 2024

Bakıxanov parkındakı skamyalar niyə götürülüb? - Açıqlama

1577
Sabunçu rayonunda yerləşən Bakıxanov istirahət parkındakı oturacaqlar götürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə Baku.ws-ə sakinlər şikayət edib.

Bildirilib ki, sözügedən parkda əvvəllər əyləşmək üçün skamyalar olsa da, indi yoxdur. Bununla yanaşı, işıqlandırma sistemi də mövcud deyil.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətundən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, skamyalar artıq yerinə qaytarılıb: “Sosial şəbəkələrdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, Bakıxanov qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov parkında təmir edilməsi üçün götürülmüş oturacaqlar yenidən sözügedən parkda yerləşdirilib.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, parkda mövcud olan işıq dirəkləri hazırda təmir edilir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər