Ru
13:34 / 30 Sentyabr 2022

Bayrağı qoparıb atan məmura cinayət işi açıldı - VİDEO

9591

Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.


Belə ki, videoda Bərdə RİH-nin nümayəndəsi olduğu bildirilən şəxs Azərbaycan dövlət bayrağını sərt şəkildə çəkərək asılı olduğu yerdən qopardıb masanın üzərinə atır. Daha sonra isə o ərazidən uzaqlaşır.


Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır.


Bərdə RİH də məsələyə belə münasibət bildirib: "Bərdə rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir. Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınmış və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib. Azərbaycan Respublikasının Dövlət bayrağı bütün azərbaycanlıların baş tacı və qürur mənbəyi olduğu kimi rayonun bütün sakinləri üçün də ən müqəddəs dövlət rəmzidir və onu göz bəbəyi kimi qorumaq hər birimizin ümdə borcudur".



Şərhlər
  • Veteran

    Bu unsür çox yaxşı bilir nə etdiyini.Onu bu sistemdən rədd etmək lazımdır.Atası şəhid olub deyə belə ünsür hər şey etməlidir bəyəm ?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər