Ru
22:07 / 16 Aprel 2024

BƏƏ-də leysan: yollar bağlandı, aviareyslər təxirə salındı

1276
BƏƏ-də güclü leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, quraqlıq bölgə üçün nadir olan yağış çərşənbə axşamına keçən gecədən başlayıb və BƏƏ-nin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, çərşənbə gününə qədər davam edəcək.

Dubayda gecə ərzində 30 mm-dən çox yağış yağıb. Günün sonuna qədər bu göstəricinin 150 mm-i keçəcəyi gözlənilir. Şəhərdə narıncı təhlükə səviyyəsi elan edilib, səlahiyyətlilər sakinləri zəruri olmadıqca evlərini tərk etməməyə çağırıb.

Leysan səbəbindən magistral yolları və alçaqda yerləşən küçələri su basıb. Sular altında qalan Əbu Dabi, Dubay, Şarja və Ras əl-Xayme şəhərlərində fövqəladə hallar xidmətləri bir neçə yolu tam bağlayıb.

İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, metro belə fasilələrlə işləyir. Polis sürücüləri pis hava şəraitində avtomobillə səyahət etməməyə çağırıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər