Ru
16:53 / 18 Yanvar 2023

“Bəhram Bağırzadə üzr istəməlidir" - Millət vəkili

“Bəhram Bağırzadə üzr istəməlidir" - Millət vəkili
Eye

“Aktyor Bəhram Bağırzadə sosial şəbəkələrdə rayondan Bakıya gələn vətəndaşlarımızla bağlı səsləndirdiyi fikirlərə görə bu insanlardan üzr istəməlidir. O,deyir ki, Bakı bakılılar üçündür. Xeyr, bu yanlış bir fikirdir. Bakı bütün vətəndaşlar üçündür”.



Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, aktyorun bölgələrdən gələn insanlar haqda aşağılayıcı fikirlər səsləndirməsi yolverilməzdır:

“Bəhram Bağırzadə yanlış fikirlər səsləndirb. Bakı əhalisini mənsub olduğu bölgəyə görə araşdırsaq, mütləq hansı mərhələdəsə onun bölgə və ya kəndlərlə bağlı olduğunun şahidi olacağıq. Bölgələrdən Bakıya gəlib yaşayan, dövlətə, vətənə, millətə xidmətlə yadda qalan ziyalılarımız, alimlərimiz, böyük mütəfəkkirlərimiz var. Bunu yaddan çıxarmaq olmaz. Mən aktyorun regiondan paytaxta gələn insanlar haqqında belə xoşagəlməz ifadələr işlətməsini şiddətlə qınayıram. Ondan bu yanlış hərəkətinə görə insanlardan üzr istəməsini tələb edirəm”.



Sevinc
BakuPost

Şərhlər
  • Kərimov Adil

    Məlahət xanım Baklda necə peyda olub və o necə "Millət vəkili" yazılıb.? Qusarda onu kim tanıyırdı ki,hələ deputat seçir? Niyə Naxçıvan rayonlarndan seçilməyib?Bu suallara Məlahət xanımın cavabı maraqlı olardı.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar