Ru
18:46 / 12 Sentyabr 2024

"Belarus-Polşa müharibəsində milyonlarla insan öləcək" - Lukaşenko

"Belarus-Polşa müharibəsində milyonlarla insan öləcək" - Lukaşenko
Eye

"Belarus qonşu Polşaya qarşı aqressiv siyasət yürütmür".

Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, Polşa rəhbərliyi ilə münasibətlərdən danışmayıb. Bununla belə, Lukaşenko əmindir ki, "polşalıların 99%-i Belarusun siyasətini başa düşür və onu dəstəkləyir".

"Bizim siyasətimiz Polşaya qarşı aqressiv deyil. Biz Polşa ilə döyüşməyə çalışmırıq. Çünki bu müharibədə milyonlarla insan öləcək və heç kim qalib gəlməyəcək. Bizə sülh və əmin-amanlıq lazımdır”, - deyə dövlət başçısı əlavə edib.

Eyni zamanda o, "ABŞ-ın Polşanı özünün marionetkası etməyə çalışdığını" bildirib.

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar