Ru
11:31 / 31 Avqust 2024

Belqoroda hücumla bağlı cinayət işi açıldı

Belqoroda hücumla bağlı cinayət işi açıldı
Eye

Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu ilə bağlı cinayət işi açıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum şəhərdə baş verənləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (Terror aktı) əsasında araşdırır.

Bildirilib ki, Belqoroda hücum nəticəsində 5 mülki şəxs həlak olub, 7-si azyaşlı olmaqla, azı 46 nəfər yaralanıb. Bundan başqa, mülki infrastruktura da xeyli ziyan dəyib:

"Hazırda terror aktını törədən şəxslər müəyyənləşdirilir".

Uşaq Ombudsmanı Mariya Lvova Belova yaralanan uşaqlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar