Ru
10:10 / 26 Avqust 2022

Bərdədə dəhşət: yeniyetməni zorlayıb, videoya çəkdilər

25127
Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.


Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.


Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Məsələ barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Aqaşixov

    Xacmaz

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər