Ru
18:55 / 18 Mart 2024

Bərdədə azyaşlını it dişləyib - YENİLƏNDİ

1511

Bərdədə it dişləməsi ilə xəstəxanaya aparılan uşaq evə buraxılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, Bərdə rayon mərkəzi xəstəxanasından azyaşlıya ilkin tibbi yardım göstərildiyi, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilib.


***
Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər